AZ

Filippin 49 ölkədən vaksin qəbul edənlərin ölkəyə karantinsiz gəlişinə icazə verib

 

0a84af7a6465e202617b922acc9c67a4.png
15.10.2021 17:20

Filippin hökuməti 49 ölkə və ərazi vahidindən tam vaksin qəbul edənlərin ölkəyə karantinsiz gəlişinə icazə verib.

 

TED.az xəbər verir ki, müvafiq siyahı oktyabrın 15-də Filippin Prezidentinin ictimaiyyətlə əlaqələr idarəsinin saytında yerləşdirilib. Bildirilir ki, yaşıl siyahıya Çin, Yeni Zelandiya, Polşa, Tacikistan, Türkmənistan, Özbəkistan, Suriya, Şimali Koreya və s. ölkələr daxil edilib. Oktyabrın 16-dan 31-dək Filippinə gəlişi qadağan edilən ölkələr siyahısında isə yalnız Rumıniya yer alıb.

 

Bütün digər ölkələr, o cümlədən Azərbaycan sarı siyahıya aiddirlər. Bu, o deməkdir ki, həmin ölkələrdən gələnlər beş gün müddətində karantində qaldıqdan sonra PСR testi mənfi olduğu halda ölkəyə buraxıla bilərlər. Lakin bunun üçün filippinlilər əlavə olaraq beş gün evdə, əcnəbilər isə altı gün karantində qalmalıdırlar.

 

Yaşıl siyahıya daxil edilən ölkələrdən gələn və vaksini tam qəbul edənlər 72 saatlıq test arayışı təqdim etdikləri halda, karantin üçün heç bir xüsusi yerə yerləşdirilməyəcəklər. Onlar sərbəst şəkildə 14 gün ərzində öz səhhətlərinə diqqət yetirməlidirlər. Tam vaksin qəbul etdiklərini təsdiq edə bilməyən şəxslər isə mənfi test arayışı əldə edənədək beş gün müddətinə xüsusi yerlərdə qalmalıdırlar. Sarı siyahıda adı göstərilən şəxslərdə də həmin hal müəyyən edildikdə onlar altı və ya səkkiz gün müddətinə oteldə yer bron etməlidirlər.

 

Qeyd edək ki, 110 milyondan çox əhaliyə malik olan Filippində koronavirusa ilk yoluxma halı 2020-ci il yanvarın 30-da qeydə alınıb. Bu günədək ölkə üzrə 2,69 milyon nəfərin koronavirusa yoluxduğu və 40,3 min nəfərin həyatını itirdiyi bildirilir. Son məlumatlara görə, Filippində ümumilikdə 23 milyon nəfər vaksinin tam dozasını qəbul edib.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox