AZ

Koronavirusa yoluxan körpələrdə hansı simptomlar olur? - AÇIQLAMA

 

cd2e09b92b4ecbf5e76e51a2e192e282.jpg
15.10.2021 17:58

Koronavirusa yoluxma ilə əlaqədar 1 yaşdan aşağı uşaqlar böyük risk qurupuna daxildir.

 

TED.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusunda çıxışı zamanı deyib.

 

O bildirib ki, həmin dövrdə koronavirusa yoluxanlar xəstəliyi ağır keçirir: "Əsas simptom tənəffüs çatışmazlığıdır. Bəzən o qədər ağır olur ki, süni tənəffüs aparatına qoşmaq belə fayda vermir. Nadir hallarda isə bəzi uşaqlar koronavirusu simptomsuz keçirsə belə, 2-6 həftə ərzində bir çox sistemi tutan iltihabi proses başlayır. Bu, ürəyi, böyrəyi, ağciyərləri və s. tuta bilir".

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox