AZ

Sistem inzibatçısı istiqaməti üzrə qısamüddətli təlimlərə müraciətlər qəbul olunur

 

79cd1d924229edbd480b328b10a118c9.png
18.10.2021 10:00

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində sistem inzibatçısı istiqaməti üzrə təlimlər keçiriləcək.

 

Agentlikdən TED.az-a bildirilib ki, təlimdə iştirak üçün elektron ərizə qəbulu oktyabrın 24-dək davam edəcək. Təlimlərə peşə, orta ixtisas və ya ali təhsil almış şəxslər müraciət edə bilərlər. Seçim zamanı başlanğıc səviyyə ingilis dili biliklərinin, informasiya texnologiyaları üzrə təhsil və ya iş təcrübəsinin olmasına üstünlük veriləcək.

 

İştirakçılar “Windows” platformalı serverlərin, əməliyyat sistemlərinin qurulması, idarə olunması, proqram təminatlarının paylanması və yenilənməsi, serverlərin profillənməsi və monitorinqi, nasazlıqların aşkarlanması və aradan qaldırılması kimi sahələrdə biliklər əldə edəcəklər. İştirakçıların əldə etdikləri nəzəri bilikləri təlim zamanı tapşırıqlar vasitəsilə təcrübədə tətbiq etmək imkanları olacaq.

 

Nəzəri və praktiki hissələrdən ibarət olan təlimləri uğurla bitirən şəxslərə dövlət nümunəli sertifikat veriləcək.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox