AZ

Baş Prokurorluğun instaqramdakı səhifəsində növbəti sual-cavab sessiyası keçiriləcək

 

dcc9bf4ecd5c1bd5fe7549499cfaed69.png
18.10.2021 10:20

Oktyabrın 21-də saat 10:00-dan 13:00-dək Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki səhifəsində növbəti sual-cavab sessiyası keçiriləcək.

 

Baş Prokurorluğun mətbuat xidmətindən TED.az-a bildiriblər ki, vətəndaşlar sessiyada iştirak edərək prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı maraqlandıqları mövzularda suallarla müraciət edə bilərlər.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının prokurorluq orqanları müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun və aşkarlığın təmin edilməsi məqsədilə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı sosial şəbəkə səhifələrindən daxil olmuş çoxsaylı suallar mütəmadi qaydada cavablandırılır.

TED + bölməsindən digər xəbərlər

Daha çox