AZ

“Baktelecom” onlayn xidmət sahəsini genişləndirdi 

 

8ce6afed8bbff1df93edd800e19b1002.png
18.10.2021 11:20

TED.az xəbər verir ki. Bakı, 18 oktyabr, 2021-ci il: Bakı Telefon Rabitəsi MMC (Baktelecom) istifadəçilərin rahatlığını təmin etmək məqsədi ilə internet tariflərinin onlayn dəyişdirilməsi funksiyasını yaradıb. 

 

Artıq “Baktelecom”un rəsmi veb-saytı üzərindən “mövcud tarifi dəyiş” bölməsində baktelecom.az/onlayn internet sürətini asanlıqla yeniləmək mümkündür. Sözügedən funksiyadan istər optik, istərsə də ADSL xidməti alan bütün istifadəçilər yararlana bilirlər.

 

Bir müddət öncə “Baktelecom” internet sürətlərini artırıb, bunun müqabilində aylıq ödəniş haqqını endirib. Hazırda mövcud istifadəçilər əlavə vaxt itirmədən və rabitə xidmətləri mərkəzlərinə yaxınlaşmadan yenilənmiş tariflərə qoşula bilirlər. 

 

Bundan öncə “baktelecom.az” saytı üzərindən “onlayn qoşulma” funksiyası da aktivləşdirilib. Sözügedən bölmə vasitəsi ilə vətəndaşlar optik internet xidmətinə qoşulmanı məsafə qət etmədən seçdikləri tarif əsasında onlayn sifariş edə bilirlər. 

 

Məlumat üçün bildirək ki, müştəri məmnuniyyətinin təmin edilməsi məqsədi ilə “Baktelecom”un müraciətlərin qəbulunu 24/7 həyata keçirən “155 Çağrı Mərkəzi", rəsmi veb-saytında (https://www.baktelecom.az/) onlayn çat bölməsi və sosial şəbəkələrdə hesabları (facebook.com/baktelecom twitter.com/baktelecom instagram.com/baktelecom.az) mövcuddur. Vətəndaşlar telekommunikasiya xidmətləri ilə bağlı sorğularını sözügedən əlaqə vasitələri ilə bizə ünvanlaya bilərlər.

 

baktelecom.az
 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox