AZ

“Facebook” Avropada 10 min yeni iş yeri açacaq

 

0f34b13927c7282fb62a59c42809fa63.jpg
18.10.2021 11:57

Amerikanın “Facebook” şirkəti metaversin inkişafı layihəsi çərçivəsində Avropa İttifaqı ölkələrində 10 min yeni iş yeri açmaq niyyətindədir.

 

TED.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

 

“Bu gün qarşıdakı beş il ərzində Avropa İttifaqında 10 000 yeni iş yeri açmaq planlarımızı açıqlayırıq. Bu sərmayə Avropa texnologiya sənayesinin gücünə və Avropa texnologiya istedadlarının potensialına inamın səsidir”, - deyə məlumatda bildirilib.

 

Qeyd edək ki, “Facebook” şirkəri virtual və reallıqdan istifadə edərək yeni hesablama platforması yaratmağa çalışır. Şirkət hesab edir ki, yeni texnologiya internetdəki qarşılıqlı əlaqəni şəxsi ünsiyyət təcrübəsinə mümkün qədər yaxınlaşdırmağa imkan verəcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox