AZ

Türkiyədən niyə "powerbank" sifariş etmək olmur? - DGK-dən AÇIQLAMA

 

ce7086688ae9029e02cff6e8ecbe735e.jpg
18.10.2021 14:20

Azərbaycanın karqo şirkətləri Türkiyədən alınan "powerbank" məhsullarını ölkəyə gətirə bilmir. Sifariş edilən mallar xaricdəki anbara çatdıqdan sonra müştəriyə məlumat verilərək, geri qaytarılır.

 

Dövlət Gömrük Komitəsindən (DGK) TED.az-ın sorğusuna cavab olaraq bildirilib ki, buna Türkiyə tərəfi icazə vermir: "Komitənin bununla bağlı heç bir qadağası yoxdur. Sözügedən məhsulların gətirilməsinə Türkiyənin müvafiq qurumları icazə vermir.

 

"Powerbank"lar litium tərkibli olduğuna görə, Türkiyədə təhlükəli mallar qrupuna daxil edilib".

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox