AZ

“Google” Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə "dudl" həsr edib

 

80020ce40bafb636530de3c9f0b96548.jpg
18.10.2021 15:20

Dünyanın aparıcı internet-axtarış saytı olan "Google" oktyabrın 18-də qeyd olunan Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə xüsusi "dudl" həsr edib.

 

TED.az-ın məlumatına görə, Azərbaycan bayrağını əks etdirən "dudl"a klik edərək istifadəçilər Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün tarixi haqqında məlumatlar olan səhifələrə keçidləri görə bilərlər.

 

Qeyd edək ki, "Google"ın "dudl"ları müxtəlif hadisələr, bayramlar və yubileylər şərəfinə axtarış sisteminin əsas səhifəsində görünən şəkillər, animasiyalar və oyunlardır. "Dudl"llar qlobal (bütün dünyada, bütün "Google" domenlərində mövcud olanlar) və müəyyən yerli ( yalnız bir və ya bir neçə ölkədə görülə bilən) kateqoriyalarına bölünür.

 

Dünya bölməsindən digər xəbərlər

Daha çox