AZ

“Xiaomi” və GLA-dan kiberidmançılar üçün əla fürsət

 

a31fe97dfc51bb09cf1c6fce0dd4193b.jpg
18.10.2021 16:57

“Gaming League Azerbaijan”  “Xiaomi” şirkətinin dəstəyi ilə birgə kiberidman üzrə iştirakçı sayına görə ölkənin ən böyük “Xiaomi Azerbaijan x PUBG Mobile Cup” uğrunda yarış keçirəcək.  

 

Ölkəmizin bütün regionlarını əhatə edəcək yarış onlayn formatda təşkil olunacaq və ümumilikdə 1500 qeymerin iştirakı gözlənilir.

 

Qeydiyyat üçün GLA-nın “Instagram” səhifəsi - @glahub izləmək tövsiyyə olunur.

 

Azərbaycanın ən populyar mobil oyunlarından biri olan PUBG Mobile üzrə turnirdə ölkə ərazisində yaşayan və yaşı 16-dan yuxarı olan bütün vətəndaşlar iştirak edə bilər.

 

Turnirin PUBG Mobile üzrə təşkili “Xiaomi” şirkəti tərəfindən dəstəklənib.

 

Oktyabrın 18-də başlayacaq yarış noyabrın 9-da başa çatacaq.

 

“Xiaomi Azerbaijan x PUBG Mobile Cup”ın qaliblərinə 3500 manat dəyərində mobil telefonlar və başqa hədiyyələr təqdim olunacaq.

 

Qeyd edək ki, Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 40-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox