AZ

Türkiyəli nazir 4 saylı DOST Mərkəzində olub

 

00059c66c8535971bce566e2c59b6584.jpg
18.10.2021 17:40

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat Bilginin başçılıq etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 4 saylı DOST Mərkəzi ilə tanış olub.

 

TED.az-a verilən məlumata görə, nümayəndə heyətinə Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və mərkəzləri barədə məlumat verilib.

 

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim olunmasına şərait yaratdığı vurğulanıb.

 

2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 5 DOST mərkəzi açılıb. Paytaxtın bütün rayonları, eləcə də Abşeron rayonu DOST xidmətləri ilə əhatə olunub. Hazırda DOST mərkəzlərində sosial müdafiə və sosial təminat, tbbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələri üzrə 155 xidmət "bir pəncərə"dən təqdim edilir. Bu günədək 554 min vətəndaş DOST xidmətlərindən faydalanıb. 2021-ci il üzrə vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 98,2 faiz təşkil edir.

 

Nümayəndə heyəti DOST Mərkəzinin fəaliyyəti, buradakı xidmət bölmələri, əhaliyə xidmətlərin göstərilməsi prosesi, həmçinin mərkəzdəki vahid əlaqələndirmə mərkəzi ilə tanış edilib.

 

Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyətə başlayan vahid əlaqələndirmə mərkəzlərində əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə 19 quruma aid 26 xidmət “bir pəncərə”dən, operativ və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir. Ötən dövrdə 1900-ə yaxın şəxs (o cümlədən “142 - Çağrı mərkəzi” vasitəsilə 203 şəxs) bu mərkəzlərə müraciət edib.

 

DOST mərkəzlərinin e-sistemləri, hazırlanan virtual DOST aplikasiyası, e-sistemlər üzərindən həyata keçirilən proaktiv təyinat mexanizmləri barədə də məlumatlar verilib.

 

V.Bilgin DOST xidmətləri ilə bağlı xoş təəssüratlarını ifadə edib, DOST konsepsiyasının uğurlu bir innovativ yenilik olduğunu vurğulayıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox