AZ

Azərbaycanda 1 245 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib

 

082453c237888a55870b47cf26db1f15.jpg
18.10.2021 18:20

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 245 yeni yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 503 452 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 478 812 nəfər müalicə olunaraq sağalıb, 6 778 nəfər vəfat edib, aktiv xəstə sayı 17 862 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 153, ötən müddət ərzində isə ümumilikdə 5 032 555 test aparılıb.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox