AZ

Təhsil Nazirliyi məktəblərin bağlanacağı barədə məlumatlara münasibət bildirib

 

ca30390904577eb421567e1ddf85a4d0.jpg
19.10.2021 12:57

Təhsil Nazirliyi koronavirusa yoluxma hallarının artmasına görə məktəblərin bağlanacağı və tədrisin distant formada davam etdiriləcəyi barədə məlumatlara aydınlıq gətirib.

 

Nazirlikdən TED.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən qərar veriləcəyi halda ictimaiyyətə açıqlanacaq.

 

Hələlik belə bir qərar yoxdur. 

 

Qeyd edək ki, Azərbaycanda sentyabrın 22-dən aşağı siniflərdə (I-IV), sentyabrın 29-dan isə yuxarı siniflərdə (V-XI) əyani tədris bərpa olunub.

 

Son günlər koronavirusa yoluxma səbəbindən Bakıdakı 20 nömrəli məktəb-lisey, 245 nömrəli tam orta məktəb, "Ankara məktəbi" məktəb-lisey bağlanıb, bir neçə təhsil müəssisəsində 200-dən çox sinif 14 gün müddətinə distant təhsilə keçib.

TED + bölməsindən digər xəbərlər

Daha çox