AZ

PwC yeni strategiyanın tətbiqinə start verdi: The New Equation

 

c5b3025d0e136a031f4909b2d255d3f1.jpg
19.10.2021 14:00

Təşkilatın strategiyası Azərbaycanda və bütün dünyada etibarın möhkəmləndirilməsi və dayanıqlı nəticələrin əldə edilməsinə yönəlib.

 

PwC yeni strategiyanın The New Equation tətbiq edilməsi barədə məlumat verib. Bu strategiya dünyada baş verən kardinal dəyişikliklərə, o cümlədən inqilabi texnoloji problemlərə, iqlim dəyişikliyinə, geosiyasi dəyişikliklərə və COVID-19 pandemiyasının davam edən fəsadlarına cavab olaraq hazırlanmışdır.

 

The New Equation strategiyası qlobal tendensiyalara və müştərilər və maraqlı tərəflərlə çoxsaylı müzakirələrin nəticələrinə əsaslanır. Strategiyada müştərilərin qarşıdan gələn illərdə qarşılaşacaqları iki əlaqəli ehtiyaca diqqət yetirilir:

 

Birinci ehtiyac etibarın möhkəmləndirilməsinən ibarətdir ki, bu da getdikcə daha aktual, əhəmiyyətli və çətin məsələyə çevrilir. Şirkətlər, maraqlı tərəflər üçün əhəmiyyət kəsb edən bir sıra məsələlər üzrə etibar qazanmaqda daha çox çətinlik çəkirlər. Müvəffəqiyyət liderliyin düşüncə tərzində, təşkilati mədəniyyətində, sistemlərində və istəklərində fundamental dəyişikliklərdən asılıdır.

 

İkinci ehtiyac misli görünməmiş miqyasda artan rəqabət və sabitliyin pozulması riskinin artması, eləcə də cəmiyyət tərəfindən hədsiz dərəcədə yüksək gözləntilər şəraitində dayanıqlı nəticələrin əldə edilməsindən ibarətdir. Sərmayələrin, istedadların və müştərilərin cəlb edilməsi üçün şirkətlər daha sürətli və əsaslı şəkildə dəyişməlidir. Transformasiya üzrə dar yönümlü təşəbbüslərin artması gözlənilən nəticəni verə bilmir. Yeni bir yanaşma lazımdır.

 

“Bütün dünyada olduğu kimi Azərbaycanda da COVID-19 pandemiyası cəmiyyətdə fəsadlar yaradıb və iqtisadiyyata ciddi təsir göstərib. Bundan əlavə, pandemiya həm də qlobal miqyasda artan sosial problemlərin kəskinləşməsinə də gətirib çıxarıb. Bu dönməz dəyişikliklər bir-biri ilə sıx əlaqəlidir və bu dəyişikliklər nəticəsində yaranan idarəetmə problemləri artıq fərdi vasitələrlə və ya həllərlə aradan qaldırıla bilməz. PwC-nin yeni The New Equation strategiyası bu mürəkkəb sosial və iqtisadi problemlərin əvvəlkindən daha da effektiv şəkildə həllinə kömək edən fundamental bir dəyişiklikdir. Bu məqsədlə müxtəlif sahələrdə təcrübəyə malik peşəkar komandamız müştərilərimizin davamlı inkişafına və bu inkişafın əsasını təşkil edən etibarın möhkəmlədirilməsinə kömək etmək üçün insanların ixtiraçılıq qabiliyyətini və təcrübəsini texnoloji yeniliklərlə çevik şəkildə birləşdirəcək" – PwC firmasının Azərbaycan üzrə İdarəedici Partnyoru Mövlan Paşayev qeyd etmişdir.

 

Cənab Paşayev həmçinin vurğulamışdır ki, Azərbaycanda innovasiyaların tətbiqi üçün kifayət qədər potensial mövcuddur. O, qeyd etmişdir ki, PwC-nin yeni strategiyası Azərbaycanın iqtisadi inkişafına töhfə verəcək, daxili bazarın potensialından istifadə edəcək və həm dövlət, həm də özəl sektor üçün daha çox imkanlar yaradacaq.

 

The New Equation strategiyası çərçivəsində, Azərbaycanın da daxil olduğu PwC CEE ESG sahəsində təşəbbüslərə, səriştənin artırılmasına, insan kapitalının inkişafına və sıfır emissiyanın nail olunmasına diqqət yetirməklə, bazarda müştərilərin maraqlı şəxslərinin xüsusi ehtiyaclarının qarşılanmasına dair planlarını açıqlayır. CEE regionunda PwC-nin öhdəlikləri:

 

Cari ehtiyaclarını və imkanlarını nəzərə alaraq, regiondakı müştərilərə xidmət göstərmək məqsədilə biznesin inkişafına və səriştələrin artırılmasına sərmayələrin qoyuluşunu davam etdirmək. Bura audit xidmətləri, rəqəmsal transformasiya xidmətləri və maliyyə cinayətləri ilə mübarizə üçün idarə olunan xidmətlər, eləcə də bulud hesablamaları, robotlaşdırma və avtomatlaşdırma sahəsində xidmətlər spektrinin genişləndirilməsi daxildir.

 

Firmanın müştərilərinə ekologiya, sosial məsuliyyət və korporativ idarəetmə (ESG) sahələrində xidmət göstərmə qabiliyyətinin inkişaf etdirilməsi üçün regional sərmayələrin dəstəklənməsi məqsədilə qarşıdan gələn iki il ərzində 6 milyon ABŞ dolları məbləğində sərmayə qoyuluşu. Bura müştərilərimizə transformasiya, strategiyası və hesabatlılıq məsələləri üzrə məsləhət xidmətlərinin təqdim edilməsi üçün regionda ESG Regional Peşə Kompetensiya Mərkəzinin yaradılması daxildir.
2022-ci ilin sonuna qədər CEE regionundakı 12,000 əməkdaşımız üçün rəqəmsal bacarıqların inkişafının təmin edilməsi. Bu məqsədin əsasını CEE regionundakı rəqəmsallaşdırma proqramı (Digitise CEE) təşkil edir: ötən maliyyə ilində firmanın 9000 əməkdaşı rəqəmsal bacarıqların inkişaf etdirilməsi proqramlarına qatılıb və beləliklə, təlim saatlarının sayı 131.000-i üstələyib.

 

Rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi vasitəsilə uşaqlara və əhalinin həssas təbəqələrinə kömək göstərmək üçün təcrübəli mütəxəssislərin iştirakı ilə regional könüllü pro-bono proqramlarının genişləndirilməsi. Artıq beş ölkədə (Çexiya, Macarıstan, Qazaxıstan, Polşa və Rumıniya) kibertəhlükəsizlik sahəsində təhsil proqramı başlayıb və gələn il digər ölkələrdə də tətbiq edilməsi planlaşdırılır.

 

Bu yaxınlarda The Science Based Targets initiative (SBTi) tərəfindən təsdiqlənmiş 2030-cu ilə qədər PwC-nin müvafiq qlobal məqsədlərinə nail olmaq üçün CEE ölkələrinə köməyin göstərilməsi məqsədilə sıfır karbon emissiyası hədəfinə çatma üzrə daxili regional proqramın işlənib hazırlanması.

 

Hibrid iş rejimi çərçivəsində əməkdaşlarımıza dəstəyin göstərilməsi üçün Flexible Fridays proqramının həyata keçirilməsi və 5 sadə rifah vərdişinin (5 Simple Well Being Habits) təşviqi daxil olmaqla, işçilərin inkişafı və rifahı üçün 10 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması.

Dünya bölməsindən digər xəbərlər

Daha çox