AZ

Metroda gedişhaqqı artırılacaq? - Metropolitendən AÇIQLAMA

 

1ffbb963f0e92e80ccbee34190c06948.jpg
19.10.2021 14:20

"Bakı Metropoliteni" QSC metroda gedişhaqqının artırılması ilə bağlı hələlik Tarif Şurasına müraciət etməyib.

 

Bunu TED.az-a açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

O bildirib ki, hələlik bununla bağlı heç bir müraciət yoxdur: "Bilirsiniz ki, metroda gedişhaqqının tənzimlənməsi Tarif Şurasının səlahiyyətindədir. Bakı metropoliteni gediş haqlarını tənzimləmək səlahiyyətinə malik deyil. Bakı metropoliteni isə hələlik bununla bağlı Tarif Şurasına müraciət etməyib".

 

Qeyd edək ki, sonuncu dəfə Bakı Metropolitenində gedişhaqqı 2018-ci ilin avqustun 1-dən artırılıb. Metroda 1 gediş üçün 30 qəpik müəyyən olunub. Həmin qərara qədər isə metroda gedişhaqqı 20 qəpik idi.

TED + bölməsindən digər xəbərlər

Daha çox