AZ

Kapital Bank işçi axtarır

 

95ea940873cbbec482ec66cc3480e25e.png
19.10.2021 14:57

Kapital Bank namizədləri Kapital Bank namizədləri Nəzarət departamentinin Pərakəndə kreditlərin monitorinqi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər:

 

• Bankın kredit siyasətinin həyata keçirilməsində iştirak edir, bu siyasətin tələblərinə əsasən istehlak təyinatlı kreditlərin monitorinqlərinin icrasını təmin edir;

 

• Tabeçiliyində olduğu rəhbər tərəfindən verilmiş bölgü və ya göstərişlər əsnasında bankın kredit portfeli (müştərilər) üzrə (planlı və növbədənkənar) monitorinqlər həyata keçirir;

 

• Monitorinqlərin aparılması məqsədi ilə zəruri məlumatları aidiyyatı qurumlardan əldə edir;

 

• Monitorinq predmeti olacaq yeni sahələrin xüsusiyyətlərini öyrənir.

 

• Müştəri tərəfindən banka təqdim edilmiş məlumatların və kreditləşmənin qaydalar çərçivəsində icrasını monitorinq edərək, borcun ödənilməsinə təsir edəcək riskləri aşkarlayaraq şöbənin rəhbərliyinə monitorinqin nəticələrini əks etdirən hesabat və akt təqdim edir;

 

• Monitorinqin icrası zamanı bankdaxili bütün prosedurlara düzgün riayət olunması üçün məsuliyyət daşıyır;

 

Tələblər:

 

• İqtisadi və ya idarəetmə sahəsində ali təhsil;

 

• Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi

 

• Əla səviyyədə Azərbaycan dili (Rus və ingilis dillərinin olması üstünlük təşkil edir);

 

• MS Office proqramları bilikləri;

 

• Komandada işləmək bacarığı;

 

• CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır

 

• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;

 

• Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;

 

• Məsuliyyətlilik və dəqiqlik;

 

• Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;

 

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr@kapitalbank.az elektron ünvanına “Nəzarət departamentinin Pərakəndə kreditlərin monitorinqi şöbəsinin aparıcı mütəxəssisi” başlığı ilə müraciət edə bilərsiniz.

VAKANSİYA bölməsindən digər xəbərlər

Daha çox