AZ

İnstaqramda bir neçə funksiya yaradılır

 

8fe27fd3ec2afe3c99321ad24f95a738.jpg
20.10.2021 10:40

İnstaqram sosial şəbəkəsində bir neçə yeni funksiya yaradılır.

 

TED.az xəbər verir ki, bu barədə "Tech Crunch" məlumat yayıb.

 

Belə ki, bu gündən etibarən instaqramda "Collabs" funksiyası işə düşür ki, bu da iki istifadəçiyə ortaq yazılar paylaşmağa imkan verəcək. Yazılarda ümumi şərhlər, baxışlar və bəyənmələr olacaq.

 

Həmçinin istifadəçilərə qeyri-kommersiya təşkilatları üçün pul toplamaq imkanı yaradılacaq.

 

Oktyabrın 21-dən isə istifadəçilər tətbiqdən istifadə etmədən kompüter və ya smartfonda yazı paylaşa biləcəklər.

 

Bununla yanaşı, "Reels" üçün yeni xüsusiyyətlər əlavə ediləcək ki, bunların arasında 3D sözləri də var.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox