AZ

Azərbaycanda rəqəmsal manat yaradıla bilər

5cbbbf4b01de2a7bfe4263a8aa6c3f80.jpg
08.12.2021 12:20

“İnfrastrukturu dəyişsək belə, insanın rəqəmsal transformasiyaya uyğunlaşmasa çox çətin olacaq”.

 

TED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda deyib.

 

“Pulla bağlı 3 inqilabi dəyişiklik olub. Sonuncu dəyişiklik blokçeyn texnologiyaları əsasında kriptovalyutaların dövriyyə buraxılması oldu. Artıq rəqəmsal manatın yaradılması istiqamətində işlərə başlanılıb. Hökumətdə bu barədə danışıqlar gedir”, - deyə o, qeyd edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox