AZ

Sabahın hava proqnozu açıqlanıb

 

136e9d29c599903e7c564dba4b788886.png
08.12.2021 14:20

Dekabrın 9-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən TED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Abşeron yarımadasında gecə 7-10° isti, gündüz 12-15° isti olacaq.

 

Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.

 

Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.

 

Nisbi rütubət 65-75 % olacaq.

 

Dekabrın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox