AZ

NETTY 2021 nominantları müəyyən edilib

 

f03a2f5c55632c88aea8484b620c472b.jpg
08.12.2021 15:55

NETTY 2021 Azərbaycanın Milli internet-mükafatının nominantları müəyyən edilib.

 

İştirakçıların ümumi sayından Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsvermə nəticəsinə görə mükafatın nominantı olmuş saytlar, səhifələr və proqramlar seçilib.

 

Nominantların yekun siyahısı ilə müsabiqənin saytında tanış olmaq olar. Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün Mükafatın Akademiyası səsverməyə başladı. Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edəcəklər.

 

Nominantlar içərisindən qaliblər 18 dekabrda mükafatlandırmanın rəsmi mərasiminin gedişatında elan ediləcəklər. Bütün nominantların nümayəndələri mərasimdə iştiraka dəvət olunacaqlar.

 

Eyni zamanda Akademiyanın qərarı ilə “Milli informasiya texnologiyalarının zənginləşdirilməsinə görə” və “İlin İT-Hadisəsi” fəxri nominasiyalarında qaliblər elan ediləcək.

 

Bu il mükafatı dəstəkləyənlər:

 

Baş partnyor - NAR.

 

Mükafatın rəsmi tərəfdaşları “Golden Pay”, “SAVALAN”, “SmartHost”, “Renley.az”dır.

 

Layihənin informasiya tərəfdaşları: “Каспий” qəzeti, Oxu.Az, Media.az, İctimai TV, Infocity jurnalı.

 

Mükafatla əməkdaşlıq üçün info@netty.az ilə əlaqə saxlayın.

TED + bölməsindən digər xəbərlər

Daha çox