AZ

Azərbaycan bankları Qarabağda xidmət göstərməyə hazırlaşır

 

e10b864efd7e2e2501b9fc8c9a1c2304.jpg
08.12.2021 17:40

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində maliyyə-bank sisteminin bərpası üzrə müzakirələrə başlanılıb və konkret təkliflər planı hazırlanıb”.

 

TED.az xəbər verir ki, bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev deyib.

 

“Biz bu məsələləri Azərbaycan Mərkəzi Bankı birlikdə icra edirik və Qarabağda yeni, innovativ ödəniş sistemləri üzərindən maliyyə-bank sisteminin xidmətlərinin təmin və təqdim edilməsini təşkil edəcəyik”, - o deyib.

 

"Yaxın günlərdə Qarabağ Dirçəliş Fondu ilə birgə Qarabağda bank sektoruna dair konfrans-görüş keçirilməsini planlaşdırırıq. Bu görüş çərçivəsində bank-maliyyə xidmətlərinin təmin edilməsini və işğaldan azad edilmiş ərazilərə yeni investisiyaların cəlb edilməsini, burda fəaliyyət göstərən və göstərəcək şirkətlən, hüquqi və fiziki şəxslərə kreditlərinin verilməsi məsələlərini geniş müzakirə edəcəyik", - deyə Z.Nuriyev əlavə edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox