AZ

40-dan çox dövlət informasiya resursu Ədliyyə Nazirliyinin elektron rəqəmsal sistemlərinə inteqrasiya edib

 

775eeb92b35fce3d8c0283de0dfd8ec7.jpg
08.12.2021 20:57

Son dövrlər ölkədə rəqəmsal hökumətə keçid həyata keçirilir və ədliyyə sahəsi də bu prosesdən geri qalmır. Bu gün 24 dövlət qurumunun 40-dan çox informasiya resursu Ədliyyə Nazirliyinin elektron rəqəmsal sistemlərinə inteqrasiya edib.

 

TED.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnformasiya və kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

 

"Ay ərzində 5 milyona yaxın notarial sorğu qəbul edilir. Onu da qeyd edim ki, inteqrasiyaların böyük əksəriyyəti Elektron Hökumət və "ASSN Bridge" platformaları üzərindən təmin edilib", - deyə idarə rəisi bildirib.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox