AZ

Əsas hədəfimiz "Google" istifadəçilərinin ödəniş imkanlarını asanlaşdırmaqdır - Can Avunduk

 

edcd50f898e93efbc3e8bf8f85e6fb7b.jpg
08.12.2021 21:40

Bizim əsas hədəfimiz "Google" istifadəçilərinin harada ödəniş etməsindən asılı olmayaraq, onların ödəniş etmə imkanlarını asanlaşdırmaqdır.

 

TED.az-ın məlumatına görə, bunu "Google Pay" Əməliyyatlar Strategiyasının rəhbəri Can Avunduk bu gün Bakıda keçirilən 5-ci Beynəlxalq bank forumunda çıxışı zamanı deyib.

 

O qeyd edib ki, "Google" istifadəçiləri fərqli yerlərdə ödənişlər həyata keçirir.

 

“Bütün bu ödənişlər zamanı "Google" istifadəçiləri öz hesabları ilə ödəmə məlumatlarını qeyd edirlər. Bizim əsas hədəfimiz istifadəçilərin harada ödəniş etməsindən asılı olmayaraq onların ödəniş etmə imkanlarını asanlaşdırmaqdır. Bu istiqamətdə maliyyə qurumları, banklarla əməkdaşlıq çox önəmlidir. Maliyyə qurumları və banklara "push provisioning" xidməti vasitəsilə istifadəçilər təmassız ödənişlər həyata keçirə bilir” - C.Avunduk bildirib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox