AZ

“Telegram”da yenilik: Artıq skrinşotların çəkilməsi və mesajların yönləndirilməsini qadağan etmək mümkündür

 

c0e0afe2e6bc7102abea22c40c22ce34.jpg
08.12.2021 22:40

“Telegram”da kanal və qrup sahibləri bundan sonra istifadəçilərə mesajların yönləndirilməsini, skrinşot çəkilməsini, həmçinin kanallarda yayımlanan foto və videoları yaddaşda saxlamağı qadağan edə biləcəklər.

 

Bu barədə messencerin saytı məlumat yayıb.

 

Məlumata görə, qeyd olunanlarla yanaşı “Telegram”-ın yeni versiyasında mesajları müəyyən müddətə silmək, qoşulmuş cihazları idarə etmək üçün yeni seçimlər, kanallar adından ictimai qruplarda anonim şərhlər yazmaq kimi digər imkanlar da var.

 

Mənbə: vc.ru

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox