AZ

Rusiya səmalarında xüsusi parlaqlığı olan meteorit partladı - VİDEO

 

534019175968cc6be627b7c641c54830.jpg
08.12.2021 23:40

Rusiyanın Soçi şəhərində səmada parlaq meteor görünüb. Bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Kadrlarda işıq saçan kosmik cismin havada alovlandığı, yandığı, yerin və ya dənizin səthinə çatmadığı görünür.

 

Ehtimallara görə, Soçidə qeydə alınan meteorit növü parlaqlığına, alovlu quyruğuna və partlama xüsusiyyətlərinə görə bolid ola bilər.

 

Qeyd edək ki, bolid - Yerin atmosferindən keçərkən partlayır. Bu zaman bəzən top atəşinə, ildırım gurultusuna bənzər səs çıxır. Parlaqlığına görə Veneranı geridə qoyan belə meteorit çox nadir hallarda görünür.

 

 

 

Dünya bölməsindən digər xəbərlər

Daha çox