AZ

Paytaxt məktəblərindən 189-da STEAM dərsləri keçilir

 

f5ed346e5adc008ac8e9b1ee0d520081.jpg
09.12.2021 10:00

Paytaxt məktəblərindən 189-da STEAM dərsləri keçilir.

 

TED.az xəbər verir ki, bunu təhsil STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov Bakı Ekspo Mərkəzində 6-11-ci sinif şagirdləri üçün təşkil olunan “STEAM Azərbaycan Festivalı 2021”in açılış mərasimində deyib.

 

O bildirib ki, Bakı məktəblərində STEAM dərslərinin tədrisini 1200 müəllim aparır.

 

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən reallaşdırılan STEAM layihəsinin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və öyrədilməsindən ibarətdir. STEAM beş sahənin – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş tədrisi ideyası üzərində qurulub.

Elm bölməsindən digər xəbərlər

Daha çox