AZ

Bitkoin maliyyə resursu kimi dayanıqlılıq nümayiş etdirir - "FARI Solutions"

 

108f20cd09277b68ea68ce5cea97fb17.jpg
09.12.2021 10:40

Bitkoin maliyyə resursu kimi dayanıqlılıq nümayiş etdirir.

 

TED.az-ın məlumatına görə, bunu "FARI Solutions" konsaltinq şirkətinin əməliyyat direktoru Şəfiq Əmiri bu gün Bakıda keçirilən 5-ci Beynəlxalq bank forumu zamanı deyib.

 

"Mərkəzi banklar rəqəmsal valyutanın istifadəsi məsələsində müxtəlif problemlərlə üzləşir. Əsas problem anonimlikdir. Mərkəzi banklar anonim ödənişlərin keçirilməsini arzulamır və rəqəmsal valyutalarla ödəniş sahəsində bir sıra ölkələrdə hüquqi bazanın yaradılması üzrə işlər aparır. Amma bitkoinlər eyni anda beş anonim ödəniş etməyə imkan verir. Bu gün bitkoinlərlə həyata keçirilən əməliyyatların məbləği milyonlarla ölçülür. Bu valyuta blokçeyn texnologiyasına əsaslanır. Ətraf mühit baxımından bu, dayanıqlı həll olmasa da, maliyyə mənbəyi baxımından biz artıq bu gün valyutanın dayanıqlılığını görürük", - deyə o, bildirib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox