AZ

ÜST “omikron”u yaxından izləməyə çağırır

 

7e5cb0c2b21f860e1b7349fb064f8beb.jpg
09.12.2021 12:20

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri doktor Tedros Qebreyesus ölkələri koronavirusun “omikron” variantının yayılmasını diqqətlə izləməyə çağırıb. İndi dünyada üstünlük təşkil edən “delta” ştamının “omikron”la əvəzlənəcəyinin baş verib-verməyəcəyini anlamaq vacibdir.

 

TED.az xəbər verir ki, ÜST sanitar-epidemioloji nəzarəti gücləndirməyi, əhalinin testləşdirilməsini və virusun ardıcıllığının müəyyən edilməsini sürətləndirməyi xahiş edir. Bunun üçün həm PZR (Polimeraz zəncirvari reaksiya) diaqnostikasından, həm də antigenlərə əsaslanan ekspres analizlərdən istifadə edilməsi təklif olunur. Cənubi Afrikadan gələn yeni məlumatlar, artıq xəstə olub sağalanlar arasında təkrar koronavirusa yoluxma riskinin “omikron” variantı ilə əlaqəli olduğunu ehtimal etmək üçün əsas verir. “Omikron”a yoluxduqda xəstəliyin nisbətən yüngül keçdiyinə dair bəzi sübutlar da var. Lakin ÜST-nin Baş direktorunun qeyd etdiyi kimi, nəticələrin daha dəqiq olması üçün əlavə məlumatlar toplamaq lazımdır.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox