AZ

“myGov” beynəlxalq mükafat qazanıb

8748712cd8dbbddcc80f320d06811d8b.png
18.01.2022 10:15

“myGov” mobil tətbiqi “Qlobal Hökumət Mükəmməlliyi” mükafatının (“Global Government Excellence award”) “Ən yaxşı ağıllı mobil tətbiq” kateqoriyasının “elektron xidmətlər” nominasiyası üzrə qalib seçilib.

 

TED.az xəbər verir ki, qələbə münasibətilə “myGov” elektron hökumət portalını və mobil tətbiqini yaradan və idarə edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinə (EHİM) rəqəmsal sertifikat təqdim olunub.

 

“Qlobal Hökumət Mükəmməlliyi” mükafatının münsiflər komitəsi bu sahədə ixtisaslaşmış dünya ekspertlərindən ibarətdir. Belə ki, münsiflər heyətinə Elektron Hökumətin İnkişafı İndeksində ön mövqeləri ilə seçilən Estoniya, Böyük Britaniya, ABŞ, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, İsveç və s. kimi ölkələrdən olan mütəxəssislər daxildirlər.

 

Komanda tərəfindən “Ən yaxşı ağıllı mobil tətbiq” nominasiyası çərçivəsində cəmiyyətə və vətəndaşlara dəyər qatan tətbiqlər qiymətləndirilir. Münsiflər heyəti ən yaxşı nümunələri mobil tətbiqlərin xüsusiyyətləri, texnoloji həlləri və innovasiyaları, məzmunu, istifadəçi yönümlü dizaynı və əlçatanlığı əsasında seçir.

 

“Qlobal Hökumət Mükəmməlliyi” mükafatının builki nominasiyalarında Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, ABŞ, Avropa və Afrikadan olan ölkələr yarışıb.

Mükafat “Global Government Excellence” şirkəti tərəfindən təsis edilib. Beynəlxalq səviyyəli şirkətin baş ofisləri Birləşmiş Ərəb Əmirliyinin Dubay və Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərlərində yerləşir.

 

Qeyd edək ki, “myGov” həm internet portalı, həm də mobil tətbiq formatında vətəndaşlara xidmət göstərir. Portal (my.gov.az/intro/) 2019-cu ildə, mobil tətbiq isə 2021-ci ildə EHİM tərəfindən vətəndaşların istifadəsinə verilib. Yaradılmasının 1-ci ildönümü qeyd olunan mobil tətbiqi, həm “iOS”, həm də “Android” əməliyyat sistemi istifadəçiləri aşağıdakı linklər vasitəsilə keçid edərək, yükləyib istifadə edə bilərlər:

 

• "Android":

 

• "iOS": 

 

 Vətəndaşlar “myGov”da qeydiyyatdan keçərək öz şəxsi kabinetlərini yaradır, özünə aid fərdi məlumatlarla tanış olur, habelə bu məlumatlarda aşkarlanan səhvlik və ya natamamlıqla əlaqədar “Əks əlaqə” bölməsi vasitəsilə müraciət edirlər. Bir çox inteqrasiya olunmuş sistemlərin xidmətlərini özündə birləşdirən “myGov”da hazırda 800 mindən çox istifadəçi qeydiyyatdan keçib.

TED + bölməsindən digər xəbərlər

Daha çox