AZ

Şuşada mina təhlükəsi yoxdur, şəhər partlayıcı sursat və minalardan təmizlənib - ANAMA

 

fe307b3edfb052b10a590605391db249.png
18.01.2022 12:47

Şuşada mina təhlükəsi yoxdur, ANAMA mütəxəssisləri tərəfindən Şuşa şəhəri partlayıcı sursatlar və minalardan təmizlənib.

 

TED.az-ın məlumatına görə, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədrinin müavini Samir Poladov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib.

 

O qeyd edib ki, Şuşa şəhəri, bölgəsi üzrə 1684 partlamamış hərbi sursat aşkar olunub.

 

S.Poladov vurğulayıb ki, Ağdam ərazisində də mina təmizləmə işləri davam etdirilir. Onun sözlərinə görə, vətəndaşların səfəri üçün nəzərdə tutulan ərazilər minalardan tam təmizlənib və təhlükəsizlik təmin edilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox