AZ

Füzuli beynəlxalq aeroportuna müntəzəm aviareyslərlə bağlı danışıqlar aparılır - Nazir müavini

 

747b5bd050d4a63019942f8827f9559e.png
18.01.2022 13:34

Füzuli beynəlxalq hava limanına müntəzəm aviareyslərin yerinə yetirilməsi üzrə danışıqlar aparılır.

 

TED.az-ın məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib.

 

"Bu gün həmin hava limanına müntəzəm aviareyslər həyata keçirilmir. Füzuli beynəlxalq hava limanı müntəzəm reyslərin qəbuluna başlayandan sonra avtobusların hərəkətinin aviareyslərə uyğun uzlaşdırılması təmin olunacaq", - deyə o bildirib.

TED + bölməsindən digər xəbərlər

Daha çox