AZ

Azərbaycanda 930 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib

 

b3f2ca77b0c3b2298599f469ce942c1e.jpg
18.01.2022 18:15

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 930 yeni yoluxma faktı qeydə alınıb, 703 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 627 015 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 609 480 nəfər müalicə olunaraq sağalıb, 8 541 nəfər vəfat edib, aktiv xəstə sayı 8 994 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 566, ötən müddət ərzində isə ümumilikdə 6 019 327 test aparılıb

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox