AZ

Azərbaycan Türkiyəyə tranzit etdiyi elektrik enerjisinin həcmini 7 dəfə artırıb

 
 

bc9d9d0efd51de5ccea131a20e79f102.jpg
18.01.2022 20:57

Ötən il Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə 720,6 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzit olunub.

 

TED.az xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

 

Sənədə əsasən, illik müqayisədə həcm 7 dəfə artıb.

 

2021-ci ildə tranzit fevral, mart, aprel və may ayları istisna olmaqla il boyu, 2020-ci ildə isə yalnız yanvar, fevral, iyun və iyul aylarında həyata keçirilib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox