AZ

“Microsoft” məşhur oyun istehsalçısını 68 milyard dollara alır

 
 

4f04412dc57048f5a9a4e2cbe22e76c9.jpg
19.01.2022 11:20

ABŞ-ın texnologiya nəhəngi “Microsoft” şirkəti "Call of Duty" və "World of Warcraft" kimi məşhur oyunların istehsalçısı “Activision Blizzard”ı 68,7 milyard dollara alır.

 

TED.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

 

"Microsoft" sövdələmə ilə bağlı yaydığı açıqlamada bildiribi ki, hazırda sözügedən oyunlar təxminən 3 milyard insanı əhatə edir və “Activision Blizzard”ın alınmasə onun oyun sənayesindəki biznesinin böyüməsini sürətləndirəcək.

 

"Microsoft" "Activision Blizzard”ın hər səhminə görə 95 dollar ödəyəcək. Bu satınalma ABŞ şirkətini “Tencent” və “Sony”dən sonra dünyanın 3-cü ən böyük oyun şirkəti edəcək.

Dünya bölməsindən digər xəbərlər

Daha çox