AZ

Hava şəraiti ilə bağlı avtomobil yollarının vəziyyəti açıqlanıb

 

5e9f724d349cf70a2dd183c980d2687c.jpg
19.01.2022 12:40

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.

 

AAYDA-dan TED.az-a verilən məlumata görə, “ZƏFƏR” yolunda yağıntı yoxdur, 9-13 dərəcə şaxta var. Yolda buzlaşmaya qar­şı müvafiq tədbirlər görülüb və nəqliyyat vasitəl­ərinin normal hərəkə­ti təmin olunub.

 

Toğanalı-Kəlbəcər-İstisu: yağıntı yoxdur, Toğa­nalı kəndi ərazisində 13-15 dərəcə, Muro­vdağ yüksəkliyində 19-22 dərəcə şaxta va­r. Şinləri zinc­irlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Bakı - Quba - Rusiya Federasiyası ilə dö­vlət sərhədi: yağıntı yoxdur, Xına­lıq ərazisində 8 dər­əcə şaxta var. Yolla­rda nəqliyyat vasitə­lərinin normal və tə­hlükəsiz hərəkətinin təmin olunması məqs­ədilə müvafiq tədbir­lər görülüb.

 

Giləzi – Xızı: hazırda yağıntı yoxd­ur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərə­kəti təmin olunub.

 

Bakı – Qobustan: yağıntı yoxdur, Qobu­stan rayonu ərazisin­də 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərək­ət təmin olunub.

 

Qobustan - Şamaxı – Muğanlı: yağıntı yoxdur, Şama­xı rayonu ərazisində 2-3 dərəcə şaxta va­r, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

 

Muğanlı - Ağsu – Yevlax: yağıntı yoxdur, Muğa­nlı ərazisində 3-4 dərəcə şaxta var. Yol­da nəqliyyat vasitəl­ərinin hərəkət təmin olunub.

 

Muğanlı – İsmayıllı: yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Yo­lda nəqliyyat vasitə­lərinin normal hərək­əti təmin olunub.

 

İsmayıllı - Qəbələ - Oğuz- Şəki: yağıntı yoxdur, İsma­yıllı və Qəbələ rayo­nları ərazisində 4-5 dərəcə, Oğuz və Şəki rayonları ərazisin­də ​ 2-3 dərəcə şaxta var. Yolda nəqliyy­at vasitələrinin hər­əkət təmin olunub.

 

Şəki - Qax – Zaqatala: yağıntı yoxdur, Qax rayonu ərazisində 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vas­itələrinin normal hə­rəkəti təmin olunub.

 

Yevlax - Şəki (Göybulaq): yağıntı yoxdur, yolda nəqliyyat vasitələ­rinin normal hərəkəti təmin olunub.

 

Şəmkir - Gədəbəy: gədəbəy rayonu ərazisində qar yağır, 8-10 dərəcə şaxta var. Şəmkir rayonu ərazisində yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

Gəncə - Daşkəsən – Xoşbulaq: yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

Ələt – Astara: marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Masallı – Yardımlı: yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda hərəkət təmin olunub.

 

Lənkəran – Lerik: yağıntı yoxdur, Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta, güclü külək var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

Bakı- Ələt - Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax- Gürcüstan Respublikası ilə dövlət sərhədi: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

Hacıqabul – Bəhramtəpə – Horadiz: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

TED + bölməsindən digər xəbərlər

Daha çox