AZ

“SABAH” VI Karyera Qış Məktəbinə qeydiyyat davam edir

db8be3a2a2c2066e19243b15ca08969a.png
19.01.2022 14:20

“SABAH” Karyera Akademiyası çərçivəsində artıq altıncı dəfədir təşkil edilən “SABAH” Karyera Qış Məktəbində iştirak üçün qeydiyyat prosesi davam edir.

 

Bu barədə TED.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “SABAH” Karyera Qış Məktəbində iştirak etmək istəyən tələbələr yanvarın 25-i saat 00:00-dək Təhsil Nazirliyinin saytındakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

 

Qış məktəbində tələbələr “SABAH” Karyera Akademiyasının tərəfdaş şirkətlərindən olan peşəkar təlimçilərdən uğurlu karyera başlanğıcı üçün lazım olan fundamental bacarıqları öyrənmək imkanı əldə edəcəklər.

 

Qeyd edək ki, “SABAH” Karyera Qış Məktəbi fevralın 9-dan 11-dək Şamaxıda təşkil olunacaq. Qış məktəbi müddətində tələbələr nəqliyyat, yaşayış və qidalanma, təlim materialları ilə təmin olunacaqlar.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox