AZ

İnformasiya Texnologiyaları İnstitutunda prioritet elmi istiqamətlərdə tədqiqatlar aparılır

2ec25919d732800dd49ed5cfb54b3c84.jpg
19.01.2022 16:20

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarının onlayn iclasında elmlər doktorluğuna iddialı olan bir qrup tədqiqatçının dissertasiya mövzuları ilə bağlı müzakirələr aparılıb.

 

Bu barədə TED.az-a institutdan məlumat verilib.

 

Müzakirələr zamanı AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev hər bir dissertasiya mövzusunun bütövlükdə ölkəmizin maraqlarına xidmət etdiyini və böyük elmi əhəmiyyətə malik olduğunu vurğulayıb. Alim tədqiqatçıların elmi fəaliyyətinin monitorinqinin aparılması və hesabatların hazırlanmasının vacibliyini vurğulayaraq, onları qarşıya qoyulmuş konkret vəzifələrin icrasında fəal və məsuliyyətli olmağa çağırıb. Qeyd edib ki, əsas məqsəd tədqiqatçıların elmi fəaliyyətini koordinasiya etmək və institutda aparılan araşdırmaların keyfiyyətini artırmaqdır.

 

İnstitutun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova “Böyük verilənlərin intellektual analizi üçün metod, model və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi haqqında məlumat verib.

 

“Fərdin və cəmiyyətin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi metodlarının işlənilməsi” mövzusunda dissertasiya işi haqqında məlumatı institutun Tədris-İnnovasiya Mərkəzinin müdiri texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova təqdim edib.

 

Hər iki iddiaçının dissertasiya işinə dair ətraflı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb, təklif və tövsiyələr səsləndirilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox