AZ

Yüksək Texnologiyalar Parkının Baş Planının icrasına başlanılıb

 
 

daf7b886a97d69d8646a7cebea40981a.jpg
19.01.2022 18:55

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) yeni su xətti və kanalizasiya sisteminin quraşdırılması işləri aparılır

 

Bu barədə TED.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilir ki, AMEA Yüksək Texnologiyalar Parkının təsdiq edilmiş Baş planı mövcud maddi-texniki bazanın daha da təkmilləşdirilməsini nəzərdə tutur. Layihənin icrası texnoparkın fəaliyyətinin daha da genişləndirilməsi, yüksəkkeyfiyyətli yerli məhsulların xarici bazarlara çıxarılması və rəqabətədavamlı ixrac potensialının gücləndirilməsinə xidmət edir.

 

Bu yaxınlarda texnoparkın Baş planı əsasında 600 metr uzunluğunda yeni su xətti və kanalizasiya sisteminin quraşdırılması işlərinə başlanılıb.

 

Yenidənqurma tədbirləri YT Parkın yeni su təchizatı və kanalizasiya sistemlərinin quraşdırılması işlərinə dair kotirovka sorğusu əsasında müəyyən edilmiş icraçı tərəfindən həyata keçirilir.

 

Artıq 10 gündür davam edən quraşdırılma işlərinin növbəti həftə ərzində yekunlaşdırılması nəzərdə tutulub.

TED + bölməsindən digər xəbərlər

Daha çox