AZ

Mərkəzi Bank internatura proqramına qəbul üçün müsabiqə elan edir

4585dbd94c095c65d91fe0bfb6009c10.png
19.01.2022 20:57

Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci il üzrə internatura proqramına qəbul üçün müsabiqə elan edir.

 

Bankdan TED.az-a bildirilib ki, internatura proqramına iş təcrübəsi olmayan, bakalavriatura pilləsinin sonuncu kurs tələbələri, o cümlədən magistratura pilləsinin tələbələri 10 istiqamət üzrə müraciət edə bilərlər: İqtisadiyyat; Maliyyə; Statistika; Risklərin idarə edilməsi; Hüquq; Menecment; Tətbiqi riyaziyyat; Kompüter elmləri və informasiya texnologiyaları; İqtisadi kibernetika.

 

İnternatura proqramı iyulun 4-dən sentyabrın 9-dək olan müddəti əhatə edir. Müraciət anketini Mərkəzi Bankın internet səhifəsində (www.cbar.az) “İnsan resursları – İnternatura: Addımlarınıza bizimlə başlayın” alt-bölməsinə daxil olaraq tamamlamaq mümkündür. Son müraciət tarixi fevralın 6-dır.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox