AZ

"Instagram"da ödənişli abunəçilik funksiyası əlavə olunacaq

 

5e79e1978fa91ec05605e40f447b763b.jpg
20.01.2022 11:20

"Instagram" sosial şəbəkəsi müəlliflərə eksklüziv paylaşımlardan pul qazanmağa imkan verəcək ödənişli abunə funksiyasının sınağına başlayıb.

 

TED.az-ın məlumatına görə, bu barədə sosial şəbəkəsinin rəhbəri Adam Mosseri bildirib.

 

Bəzi bloqçular indi bəzi növ paylaşımları (canlı yayımlar və Stories (hekayələr)) ödənişli edə bilərlər. Abunə üzvləri üçün onlar xüsusi bənövşəyi nişanla qeyd olunacaqlar.

 

Müəlliflər eksklüziv paylaşımlarına daxil olmaq üçün öz qiymətlərini qoya bilərlər. Ayda 0,99-dan 99,99 dollara qədər seçim üçün səkkiz fərqli qiymət səviyyəsi var.

Dünya bölməsindən digər xəbərlər

Daha çox