AZ

Dünyada koronavirusa yoluxanların sayı 330 milyonu keçib

 

91c535568d05ba08b3a82b750261afe0.jpg
20.01.2022 11:40

Dünyada koronavirusa yoluxanların sayı 330 milyonu keçib.

 

TED.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

 

Məlumata əsasən, son sutka ərzində koronavirusa 3 156 986 yoluxma halı və 6 889 ölüm halı qeydə alınıb.

 

Hazırkı dövrədək koronavirusa 332 617 707 nəfər yoluxub. Onlardan 5 551 314 nəfəri vəfat edib.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox