AZ

Braziliyada teleqrama qadağa qoyula bilər

 
 

a699d1f9c19bcdeedfb7a5da9eeed6bb.jpg
20.01.2022 12:20

Braziliyada dezinformasiyanın yayılması ilə bağlı narahatlıqlar səbəbindən teleqram messencerinin fəaliyyəti qadağan edilə bilər.

 

TED.az xəbər verir ki, bu barədə “Valor Economico” qəzeti məlumat yayıb.

 

Qəzetə görə, bu ilin oktyabrına təyin edilmiş ümumi seçkilər ərəfəsində teleqramın yalan xəbərlər və digər növ dezinformasiyalar göndərmək üçün istifadə oluna biləcəyindən ehtiyat edilir.

 

Teleqram messenceri son zamanlar 2018-ci ilin əvvəlki seçki kampaniyası zamanı sosial şəbəkələrdən və ani mesajlaşma proqramlarından uğurla istifadə edən ölkənin hazırkı prezidenti Jair Bolsonaronun tərəfdarları arasında populyarlıq qazanıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox