AZ

ABŞ "omikron" ştammına görə qapanmalara qayıtmaq niyyətində deyil - Co Bayden

 

d4072bc287d56b161ee10f9956ef4246.jpg
20.01.2022 12:40

ABŞ ölkədə koronavirusun "omikron" ştammının yayılması səbəbindən karantin tətbiq etmək və məktəbləri bağlamaq praktikasına qayıtmaq niyyətində deyil.

 

TED.az-ın məlumatına görə, bu barədə ölkə prezindeti Co Bayden Ağ Evdə mətbuat konfransında çıxışı zamanı deyib.

 

C.Bayden qeyd edib: "Nəticədə, COVID-19 ilə bağlı indiyə qədər olduğumuzdan daha yaxşı vəziyyətdəyik, bir il əvvələ nisbətən daha yaxşı vəziyyətdəyik. Biz qapanmalara qayıtmayaq fikrində deyilik. Biz məktəbləri bağlamağı fikirləşmirik. Məktəblər açıq olmalıdır".

Dünya bölməsindən digər xəbərlər

Daha çox