AZ

“SABAH” qruplarına 2022-2023-cü tədris ili üçün tələbə qəbulu yekunlaşır

33ac803ebb149fe4dfd41f794d2d42a7.png
15.04.2022 15:40

Təhsil Nazirliyinin “SABAH” qruplarının bakalavriat səviyyəsinə 2022-2023-cü tədris ili üçün tələbə qəbulu sabah yekunlaşır.

 

Bu barədə TED.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbul aprelin 16-sı saat 23:59-dək aparılacaq. Müsabiqədə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.

 

Qeyd edək ki, yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı yolu ilə ali təhsil müəssisəsinə qəbul olunmuş şəxslərin müsabiqədə iştirak hüququ var.

Elm bölməsindən digər xəbərlər

Daha çox