AZ

“Netflix” "The Grey Man" (“Boz adam”) trillerinin premyera tarixini açıqlayıb

41bd6a5894b677f2a79a2c2ba9bd056b.jpg
27.04.2022 15:40

“Netflix” şirkəti "Qisasçılar" filminin müəllifləri olan Russo qardaşlarının "Boz adam" adlı filminin premyera tarixini açıqlayıb. Film şirkət tərəfindən iyulun 15-də təqdim olunacaq.

 

TED.az kulturomania.ru saytına istinadla xəbər verir ki, filmdə qatil olan keçmiş MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) agentinin hekayəsindən bəhs edilir. O, öldürülmək üçün keçmiş ortağı tərəfindən axtarılır.

 

Qeyd edək ki, “Netflix” şirkəti üçün “The Grey Man” (“Boz adam”) ən bahalı layihə oldu. Filmin çəkilişi 200 milyon dollara başa gəlib.

 

“Boz adam” filmində əsas rolları Rayan Qoslinq, Kris Evans, Ana de Armas və Billi Bob Tornton canlandırıblar.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox