AZ

Visa və Stripe sanksiyalardan yayınan Azərbaycan startap-ı ilə işi dayandırıb

 

2b6cbe616b2ef2062d09a85259f0ee95.jpg
04.05.2022 10:20

“Visa” və “Stripe” Rusiyadan istifadəçilərin axını ilə əlaqədar olaraq “Bankoff” virtual kartlarına xidmət göstərməyi dayandırdığını açıqlayıb. Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir ki, şirkət müştərilərinə mayın 3-ü xəbərdarlıq edib.

 

Qeyd olunduğu kimi, hal-hazırda “Bankoff” kartları hər hansı köçürmə əməliyyatlarını dəstəkləmir, müştərilərin vəsaitləri isə ABŞ hesabında dondurulur.

 

“BankOff” nümayəndələri problemin həlli üçün əllərindən gələni etdiklərini bildiriblər.

 

“Visa” və “Mastercard” Rusiyada fəaliyyətini dayandırdıqdan sonra ruslar xaricdə ödəniş etmək üçün virtual “Bankoff” kartlarını açmağa başlayıblar.

 

Martın sonunda “Bankoff” virtual kartlarının istifadəçiləri hesablarının doldurulmasında problemlərdən şikayət etməyə başlayıblar – bir həftədən artıqdır ki, mədaxil dayandırılıb. Xidmət bunu son bir həftə ərzində müştərilərin sayının kəskin artması ilə izah edib.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox