AZ

Növbəti tədris ilindən “Təbiət 5” dərslik komplektinin kütləvi istifadəsi nəzərdə tutulur

bcf9196728904b24ffaa005b54aad84a.png
10.05.2022 11:20

Təhsil İnstitutu bir ildən çoxdur ki, təbiət elmləri və riyaziyyat üzrə kurikulumların və dərsliklərin təkmilləşdirilməsi istiqamətində beynəlxalq qiymətləndirmə tədqiqatlarında liderlik edən Sinqapurun təhsil şirkətləri ilə təcrübə mübadiləsi aparır. Ötən il bu ölkənin “Alston” təhsil şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “Təbiət 5” dərslik komplekti ictimaiyyətə təqdim olunub və ölkədə ilk dəfə təbiət fənninin tədrisi zamanı sınaqdan keçirilib.

 

İnstitutdan TED.az-a bildirilib ki, növbəti tədris ilindən bu dərslik komplektinin kütləvi istifadəsi nəzərdə tutulur.

 

Bu ilin I rübündə təbiət fənləri üzrə “Alston” təhsil şirkətinin ekspertləri, riyaziyyat fənni üzrə isə Marşal Kavendiş İnstitutunun ekspertləri tərəfindən yerli mütəxəssislər üçün kurikulum və dərslik komplektlərinin təkmilləşdirilməsi, qiymətləndirmənin aparılması istiqamətində təlim və konsultasiyalar keçirilib. Bu təhsil şirkətlərinin mentorluğu ilə yerli mütəxəssislərimiz tərəfindən hazırda I-XI siniflər üzrə riyaziyyat, I-IV siniflər üzrə həyat bilgisi, V-VI siniflər üzrə təbiət və VII-XI siniflər üzrə kimya, fizika və biologiya fənlərinin kurikulumları təkmilləşdirilməkdədir. Yaxın günlərdə bu kurikulumlarla bağlı müzakirələr keçiriləcək.

 

Həmçinin “Riyaziyyat 5” və “Təbiət 6” dərslik komplektlərinin hazırlanması davam edir. Bu resursların növbəti tədris ilində pilot istifadəsi nəzərdə tutulur.

Elm bölməsindən digər xəbərlər

Daha çox