AZ

“SQL Proqramçı” istiqaməti üzrə təlimdə iştirak üçün ərizə qəbul olunur

 

df72351e7208286225291af25be580e5.png
12.05.2022 19:57

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “SQL Proqramçı” istiqaməti üzrə qısamüddətli təlim təşkil ediləcək.

 

Agentlikdən TED.az-a bildirilib ki, əsasən praktiki biliklərin verilməsinə yönələn təlim çərçivəsində iştirakçılar 2 ay ərzində “SQL” dilində (Structured Query Language – əlaqəli verilənlər bazasının idarə sistemlərini idarə etmək üçün istifadə olunan sorğu dili) proqramlaşdırma, məlumat bazasının düzgün strukturlaşdırılması, sorğuların və funksiyaların tətbiqi, mürəkkəb məlumat modellərinin və hesabatların qurulmasını öyrənəcəklər. Həmçinin layihələrlə işləyərək müxtəlif bizneslər üçün data baza həlləri tapacaq və onları tətbiq edəcəklər.

 

Təlimə minimum orta ixtisas və ya ali təhsil səviyyəsini uğurla tamamlamış, kompüterdə işləmək təcrübəsi və proqramlaşdırmaya dair baza bilikləri olan şəxslər müraciət edə bilərlər.

 

Elektron ərizə qəbulu mayın 19-dək davam edəcək.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox