AZ

Təhsilin İnkişafı Fonduna sədr təyin edilib

 

7352351ffc61e9ce293e661f7108a1a9.jpg
12.05.2022 21:40

Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu İdarə Heyətinə sədr təyin edilib.

 

TED.az-ın məlumatına görə bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Təhsil nazirinin müşaviri Elnur Nəsibov Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri təyin edilib.

 

Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev 2021-ci il iyulun 14-də "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında" Fərman imzalayıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox