AZ

Məşhur insayder qatlana bilən Galaxy Z Fold 4-ün dizaynını sərgiləyib

 

fd26a35efe5399eaaafecb37767aec0d.jpg
13.05.2022 10:40

OnLeaks ləqəbli məşhur insayder yaxın aylarda təqdim ediləcək qatlana bilən Galaxy Z Fold 4 flaqman smartfonunun xarici görünüşünü sərgiləyib. Əvvəlki Galaxy Z Fold modellərindən fərqli olaraq yeni smartfon bəzi dəyişikliklərə məruz qalıb. Belə ki, öz iki ekranının ölçülərini qoruyub saxlamaqla Galaxy Z Fold 4 daha kompkat ölçüdə reallaşdırılıb. Əvvəlki Galaxy Z Fold modellərində olduğu Galaxy Z Fold 4 də daxildən böyük ölçülü qatlana bilən ekran və xaricdən köməkçi ekran rolunu oynayan

 

Bundan əlavə olaraq yeni smartfonun həm aşağı həm də yuxarı hissələrində stereo səsgücləndiricilər yerləşdiriləcək. İnsayderlərin verdikləri son məlumatlara əsasən Galaxy Z Fold 4 modeli 7.6 düym daxili ekran və 6.2 düym xarici ekran ilə təchiz olunacaq. Yəni yeni smartfon Galaxy Z Fold 3-ün ekran ölçülərini özündə birləşdirəcək. Lakin bununla belə Galaxy Z Fold 4 daha kompakt ölçüyə sahib olacaq. Çox güman ki, yeni smartfonda ekran ətrafı çərçivələr maksimal dərəcədə nazik dizaynda reallaşdırılacaq. Galaxy Z Fold 4 modelinin Galaxy Z Flip 4 ilə birlikdə avqust ayında təqdim ediləcəyi gözlənilir.əlavə ekran ilə təchiz olunacaq. Gövdə perimetri üzrə çərçivə daha yastı olacaq, kameralar sahəsinin dizaynı isə Galaxy S22 Ultra modelindəki kimi reallaşdırılacaq.

 

© Technote

 

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox