AZ

2022-ci ilin ilk Ay tutulması hadisəsi olacaq

 

95115501043838a4902f83bcceca8562.jpg
13.05.2022 22:40

Mayın 16-da 2022-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Bu, tam Ay tutulması olacaq.

 

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından TED.az-a bildirilib ki, tutulma saat 07:29-da başlayacaq, saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

 

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox